Bank Of Baku

İran rəsmilərini daşıyan avtomobil atəşə tutulub, 2 nəfər ölüb

İran rəsmilərini daşıyan avtomobil atəşə tutulub, 2 nəfər ölüb
# 10 iyul 2016 20:29 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran parlamentinin  Qərbi İslamabad və Dalaho bölgəsindən  olan nümayəndəsi  Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.


 APA-nın Tehran bürosunun məlumatına görə,  H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.


Məlumata görə, “Pejo”  markalı  avtomobildə olan silahlı şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin  baytarlıq idarəsinin rəisi həyatını itirib.


Dalaho şəhər  bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq  təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə  xəsarət almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR