Bakı. Şamil Əlibəyli-APA. “İran Avropa Birliyi tərəfindən Suriya müxalifətinə silah verilməsinə qoyulmuş embarqonu qaldırılmasını pisləyir və bu qərarı təhlükəli hesab edir”. APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə İran Suriya münaqişəsini siyasi yollarla çözülməsinin tərəfdarıdır: “İran Avropa Birliyinin Suriyaya silah verilməsinə embarqonun aradan qaldırılması qərarına üzülür. Bu terrorizm ilə bağlı məsələyə ikili yanaşmadır. Bu tələsik və yanlış qərar AB üçün də təhlükə yaradır”.
Əraqçi əlavə edib ki, sabah Tehranda 40 ölkələrin nümayəndələrin iştirakı ilə Suriya məsələsi ilə bağlı görüş keçiriləcək və görüşdən sonra İran xarici işlər naziri Əli Əkbər Salehi bununla bağlı mətbuat konfransı təşkil edəcək.