Bakı. Real Cəfərli - APA. İran Suriyaya növbəti humanitar yardım göndərib.
APA-nın İRNA-ya istinadən məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 5-ci yardım paketinə müxtəlif dərmanlar, tibbi preparatlar və ləvazimatlar daxildir.
İranın Suriyadakı səfiri Seyid Məhəmməd Kazımi bildirib ki, humanitar yardım paketinə 50 ədəd təcili tibbi yardım maşını da daxildir: “Hazırda Suriyaya iqtisadi sanksiyalar tətbiq edilib. Ona görə də Suriyaya xalqına humanitar yardım göndərmək İranın vəzifəsidir”.