Bank Of Baku

İran təhlükəsizlik qüvvələri “islahatçı” prezidentliyə namizədin Urmiyadakı görüşünə müdaxilə edib, azərbaycanlı tələbə tutulub

İran təhlükəsizlik qüvvələri “islahatçı” prezidentliyə namizədin Urmiyadakı görüşünə müdaxilə edib, azərbaycanlı tələbə tutulub
# 12 iyun 2013 09:24 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran təhlükəsizlik qüvvələri “islahatçı” prezidentliyə namizəd Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Urmiya şəhərində keçirdiyi görüşə müdaxilə edib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, nəticədə Urmiya Elmi Karbordi Universitetinin İnformasiya kommunikasiya texnologiyaları fakültəsinin tələbəsi həbs edilib.

 

Xəbərdə Səccad Kiyanpurun tutulmasına səbəb kimi “Türk dilində mədrəsə!” şüarı səsləndirməsi göstərilib. Azərbaycanlı tələbənin ailəsi Urmiya Şəhər Polis İdarəsinə müraciət etsə də, övladları barədə heç bir məlumat ala bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR