Bank Of Baku

İran təhlükəsizlik qüvvələri daha bir “islahatçı” prezidentliyə namizədin görüşünə müdaxilə edib

İran təhlükəsizlik qüvvələri daha bir “islahatçı” prezidentliyə namizədin görüşünə müdaxilə edib
# 05 iyun 2013 07:46 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran təhlükəsizlik qüvvələri daha bir “islahatçı” prezidentliyə namizədin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşə müdaxilə edib.

 

APA-nın “Bahar” qəzetinə istinadən məlumatına görə, hadisə iyunun 4-də 1997-2000-ci illərdə Məhəmməd Xatəminin hökumətində poçt, teleqraf və telefon naziri, 2001-2005-ci illərdə isə onun birinci müavini işləmiş Məhəmmədrza Arifin Tehran bazarını ziyarəti zamanı baş verib.

 

Görüş zamanı onun yanındakılardan 3 nəfər M.Xatəmi və M.Arif lehinə şüar səsləndirdikləri üçün həbs ediliblər. Eyni zamanda İran təhlükəsizlik qüvvələri bazardakı tacirlərdən birini “Xatəmi və Arifə salam olsun!” şüarı səsləndirdiyinə görə tutublar.

 

Qeyd edək ki, bir neçə gün əvvəl daha bir “islahatçı” prezidentliyə namizəd Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Tehranın Çəmaran məhəlləsində keçirdiyi görüşə müdaxilə edilib, kütləvi həbs həyata keçirilib. Buna səbəb görüş iştirakçılarının bəzi siyasi şüarlar verməsi olub. Belə ki, yığıncaqda hazırda üç ilə yaxındır ev dustaqlığında saxlanılan İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılması istənilib. Eyni zamanda onların şəkilləri olan plakatlar qaldırılıb, “Ya Hüseyn, Mirhüseyn!”, “Siyasi məhbuslar azad olsun!” kimi şüarlar səsləndirilib. Nəticədə İran təhlükəsizlik qüvvələri toplantıya müdaxilə edərək Səidullah Bədaşəti, Müctəba Haşimi, Məhəmməd Parsi, Şirin Mirkühi, Möhsün Rəhmani və Nəfisə Nikbəxti həbs ediblər. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR