Bakı. Real Cəfərli - APA. “İran Türkiyə ilə Suriya arasında müzakirələrin başlanması üçün vasitəçilik etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu İranın Türkiyədəki səfiri Rza Bigdeli bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşması Suriyadakı qarşıdurmaların dayanmasına yardım göstərəcək: “Əks təqdirdə, mövcud şərtlər davam edərsə, Türkiyə ağır zərərə uğrayacaq”.
R.Bigdeli deyib ki, Suriya böhranının heç bir hərbi yolla həlli mümkün deyil: “Qərbin Liviyada həyata keçirdiklərinin yerinə yetirilməsi bütün regionu Əfqanıstana çevirə bilər. Bu baxımdan iyunda Cenevrədə keçirilməsi planlaşdırılan konfrans tarixi bir fürsətdir və bundan istifadə edilməlidir”.