Bakı. Real Cəfərli – APA. İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Tehranın nüvə proqramı ilə bağlı yeni müzakirələrin keçirilməsi üçün razılıq əldə olunub.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Associated Press” yazıb.
Xəbərdə bildirilir ki, tərəflər arasında əldə edilən razılığa əsasən yeni nüvə müzakirələrinin may ayının ortalarında keçirilməsi gözlənilir. Lakin görüşün dəqiq tarixi və yeri barədə məlumat verilməyib.