Bank Of Baku

İran və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

İran və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
# 24 may 2013 15:39 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.

 

APA-nın məlumatına görə, mayın 23-də İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı ilə Türkiyə xarici işlər naziri müşavirinin müavini, səfir Ömər Önhon arasında keçirilən görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə, tərəflər Suriyadakı böhranı da müzakirə ediblər. Hazırda İran XİN-in sözçüsü vəzifəsini də icra edən A.Əraqçı daha sonra Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu tərəfindən də qəbul edilib.

 

Qeyd edək ki, A.Əraqçının Türkiyə səfəri Ö.Önhonun dəvəti əsasında baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR