APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hər iki nazir daha sonra təxminən bir saat davam edən və ictimaiyyətə qapalı keçirilən görüşün detallarını açıqlamaq üçün birgə mətbuat konfransı keçiriblər.
M.C.Zərif bildirib ki, görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional mövzular ətrafında fikir mübadiləsi aparılıb: «Bölgədə mühüm və təsiredici rola malik iki ölkənin əlaqələrini inkişaf etdirməsi, fikir mübadiləsi aparması və rəsmilər arasındakı görüşlərin davamlı olmasının həssas bir region üçün əhəmiyyətli və zəruri olduğuna inanırıq. İran və Türkiyənin fikirlərini şəffaf və açıq bir şəkildə ortaya qoyması, ortaq nöqtələrdə əməkdaşlıq etməsi, fikir ayrılıqları olan mövzuları da sədaqət, dostluq və qardaşlıqla ələ alması bölgədəki sülh və dinclik üçün əhəmiyyətlidir. İran və Türkiyə əlaqələri yalnız və yalnız bölgənin sabitlik, dinclik və sülhünə yardımçı ola bilər. Heç kimin də zərərinə deyil. Hər kəs bu əlaqələri bu şəkildə görməlidir. Bu əlaqələrin inkişafı bütün bölgə üçün faydalıdır və bu şəkildə davam edəcəyinə ümidvaram».
Onun sözlərinə görə, İranla Türkiyə arasında ticarət dövriyyəsinin 30 mlrd. dollara çatdırılması mümkün və zəruri bir hədəfdir: «Mən üçüncü ölkələrin İran və Türkiyə xalqlarının faydasına, həmçinin bölgənin sabitliyi və dincliyində böyük əməyi olan iki ölkənin əlaqələrinə qarışmaqdan çəkinəcəklərinə ümid edirəm. Nəticədə, iki ölkə arasındakı əlaqələr daha da inkişaf edər. Türkiyə və İran enerji, nəqliyyat, ticarət, iqtisadiyyat və digər sahələrdə mövcud əlaqələri inkişaf etdirməyə hazır və istəklidir».
M.C.Zərif iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini və ölkədə qalmaq şərtlərini asanlaşdıracaq konsulluq əməliyyatlarının inkişaf etdirilməsi mövzusunda da prinsipial razılaşma əldə olunduğunu deyib: «Bu cür səfərlərin İran və Türkiyə arasındakı dost əlaqələri daha da inkişaf etdirəcəyinə inanıram. İki ölkənin mədəniyyət, iqtisadiyyat, ticarət, elm, texnika və digər sahələrdə daha da yaxınlaşmasını təmin edəcək mühit və şərtlər mövcuddur».
İranın XİN rəhbəri vurğulayıb ki, hər iki ölkə bölgədəki problemlərin həll edilməsi, qarşıdurma, müharibə və qardaş qırğınının qarşısının alınması, radikalizmlə mübarizə, bölgə xalqlarının iradəsinə hörmət və bölgə xalqlarının da qəbul edə biləcəyi həll təklifi mövzusunda bir çox sahədə ortaq fikirlərə sahibdir: «Hər iki ölkənin Suriya mövzusundakı fikir ayrılıqlarının daha da azalması üçün müşavirələr davam etdirilir. Bütün Suriya xalqının qəbul edə biləcəyi bir sülh həllinə çatmaq üçün digər ölkələrin də yardımçı olması lazımdır. İran və Türkiyə Suriyada xalqın iradəsi ilə reallaşacaq bir həllə və bu ölkə xalqına humanitar yardım mövzularında kömək göstərə biləcəyinə inanır».
M.C.Zərif görüşdə həmçinin İraqda keçirilməsi planlaşdırılan seçkilərin də əsas müzakirə mövzularından biri olduğunu söyləyib.
Ə.Davudoğlu isə öz növbəsində bildirib ki, Türkiyə ötən ilin noyabrında İranla «altılıq» ölkələri arasında nüvə sahəsində əldə olunmuş razılaşmanı böyük məmnunluq hissi ilə qarşılayıb: «Biz həmişə bölgəmizdə nüvə silahlarından təmizlənilmiş bir bölgə anlayışını irəli sürmüşük. Eyni zamanda, İran kimi dost bir ölkənin dinc məqsədli nüvə proqramından yararlanmasını və dünyanın iqtisadi sisteminə inteqrasiyasını müdafiə etmişik. Üç il əvvəl Tehran razılaşmasını imzalayanda və hazırda da perspektivimiz bu idi. Bundan böyük məmnunluq duyuruq».
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin 30 mlrd. dollara çatdırılması planlaşdırılır: «2015-ci ilədək ticarət dövriyyəsini 30, daha sonra 50 mlrd. dollara çatdırmağı düşünürük. Bunun üçün hüquqi infrastrukturun təmin edilməsi istiqamətində atılması lazım olan bütün addımları atacağıq».
Ə.Davudoğlu görüşdə Suriya böhranı və İslam dövlətlərindəki son hadisələrin də əsas müzakirə mövzularından olduğunu vurğulayıb: «İrana səfərim zamanı Suriya mövzusu ilə bağlı fikir mübadiləsi aparmışıq və tərəfləri atəşkəsə çağırmışıq. Ancaq təəssüflər olsun ki, Hələb və bir çox bölgədə yaşanan faciələr, aclıq səbəbindən ölümlərin artması bizləri ciddi şəkildə narahat edir. Ümid edirik ki, dost və qardaş İraqda aprelin 30-da keçiriləcək seçkilər də etnik və məzhəb qarşıdurmaları yaşanmadan dinc başa çatar və tam bir sülh əldə olunar».
İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib
Asiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Suriya və Livan arasında razılaşma imzalanıb
Xəbər Lenti
DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
ABŞ İrana Hörmüz boğazından pulsuz keçid müqabilində dondurulmuş aktivlərini qaytarmağı vəd edib
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb