Bank Of Baku

İran və Türkiyənin xarici işlər nazirləri region məsələlərini müzakirə ediblər

İran və Türkiyənin xarici işlər nazirləri region məsələlərini müzakirə ediblər
# 05 avqust 2013 20:53 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib. APA-nın İRİB-ə istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli əlaqələr, Suriya böhranı və Misir hadisələri kimi region məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

Əli Əkbər Salehi bildirib ki, İran xarici siyasət sahəsində hər zaman sadə, açıq və davamlı prinsipləri əsas tutub. İran xarici siyasət idarəsinin rəhbəri həmçinin İran və Türkiyə əlaqələrini yaxşı xarakterizə edib: “Hər iki ölkənin regional problemlərin həlli uğrunda bir-birilə fikir mübadiləsində olacağından və məsləhətləşmələrinin davam edəcəyindən əminəm”.   

 

Əhməd Davudoğlu isə öz növbəsində İranın yeni prezidentinin dönəmində qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə və genişlənəcəyinə ümid etdiyini vurğulayıb. 

 

Bundan əlavə, tərəflər hər iki ölkənin Suriya böhranı başda olmaqla regional məsələlərin həllində yaxından əməkdaşlıq etməsini və qarşılıqlı razılaşma içərisində olmasını məqsədəuyğun sayıblar. 

 

Eyni zamanda nazirlər Misirdə baş verən hadisələrə də toxunublar: “Bu ölkədə həbsdə olan bütün rəsmi şəxslər sərbəst buraxılmalıdırlar. Misirin ziyalıları və siyasətçiləri də müdrikliklə bu ölkənin milli birliyini qorumalı və düşmənlərə fitnə törətmək imkanı verməməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR