Bank Of Baku

İran vətəndaşı parlamenti yaxınlığında özünü yandırıb

İran vətəndaşı parlamenti yaxınlığında özünü yandırıb
# 28 iyul 2013 13:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İyulun 27-də səhər saatlarında s“Əhli-haqq” (ələvi, əliallahı) təriqətinə mənsub Məhəmməd Qənbəri İran parlamentinin yaxınlığında, Tehran şəhərinin “Baharestan” meydanında intihara cəhd göstərib.

 

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə iranlı jurnalist və ictimai-siyasi fəal Məhəmməd Nuriza öz vebbloqunda yazıb.

 

Xəbərdə bildirilir ki, buna səbəb onlara qarşı ayrı-seçkilik siyasətinin tətbiq edilməsi və dini inanclarının təhqir olunmasıdır.

 

Məlumatda qeyd edilir ki, Qəzvin vilayətinin sakini olan İran vətəndaşı heç bir açıqlama vermədən üzərinə benzin tökərək özünü yandırıb. Ancaq polislər və ətrafdakı insanların köməyi ilə intihara cəhdin qarşısı alınıb və M. Qənbəri Tehrandakı Mütəhhəri xəstəxanasına çatdırılıb.

 

Bununla belə, onu xilas etmək mümkün olmayıb. Lakin M. Qənbərinin ölümü rəsmi olaraq təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR