Bank Of Baku

İran XİN: “Türkiyədə baş verən hadisələr bu ölkənin daxili işidir”

İran XİN: “Türkiyədə baş verən hadisələr bu ölkənin daxili işidir”
# 11 iyun 2013 10:56 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Türkiyədə baş verən hadisələr bu ölkənin daxili işidir. Biz ümid edirik ki, Türkiyə bu problemi uğurla və sülh şəraitində həll edəcək”. APA-nın “Press-TV” kanalına istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.

 

O qeyd edib ki, Türkiyədə baş verən iğtişaşlarda bir İran vətəndaşı saxlanılsa da, bir neçə saatlıq dindirmədən sonra konsulluq şöbəsinin köməyi ilə azadlığa buraxılıb: “Sonradan məlumat yayılmışdı ki, iğtişaşlarda daha iki iranlı saxlanılıb. Biz yenidən konsulluq vasitəsilə lazımı addımlar atdıq. Əslində bu olaylarda əsasən Şərq ölkələrdən olan bir neçə vətəndaş saxlanılıb. Əgər bu iki vətəndaş doğrudan da iranlıdırsa, hökumət onlara lazımı köməklik edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR