Bakı. Şamil Əlibəyli - APA. “İran əvvəlcədən heç bir şərt qoymadan Suriya ilə bağlı Cenevrə-2 danışıqlarında iştirak etməyə hazırdır”. APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəm bildirib.
O əlavə edib ki, region ölkələri İranın bölgədə vacib rol oynadığını bildiriblər və heç bir şübhə yoxdur ki, İran Suriya münaqişəsinin həllində köməklik göstərə bilər: “Ona görə də İranın danışıqlarda iştirakı ilə bağlı əvvəlcədən şərtlərin qoyulması bizim tərəfindən rədd olunacaq və bu görüşlərin nəticəsi olmayacaq”.