Bakı. Real Cəfərli – APA. “PKK üzvlərinin Türkiyədən Şimali İraqa çəkilməsi məsələsində rəsmi Ankara ilə PKK arasında əldə olunmuş razılaşma üçün əvvəlcə İran və İraqın da razılığı alınmalıydı”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran PKK-nın Şimali İraqa çəkilməsi ilə bağlı prosesi yaxından izləyir: “Sərhədlərdə bəzi hərəkətlər olduğunda və ya qüvvələrin yeri dəyişdirildiyində, qətiyyətlə İran və İraq kimi mərkəzi hökumətlərin də təsdiqi alınmalıdır”.
A.Əraqçı İranın İraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğunu deyib: “PKK-nın çəkilməsi məsələsində yalnız İraqdakı regional kürd muxtariyyətinin təsdiqi alınıb, ancaq rəsmi Bağdadın icazəsi istənilməyib”.