Bank Of Baku

İran XİN rəhbəri: “Cenevrə müzakirələri konstruktiv və faydalı oldu”

İran XİN rəhbəri: “Cenevrə müzakirələri konstruktiv və faydalı oldu”
# 17 oktyabr 2013 10:47 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında oktyabrın 15-16-da Cenevrədə keçirilmiş nüvə müzakirələri son dərəcə sıx, amma məhsuldar oldu”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, danışıqlar konstruktiv və faydalı keçib: “Bu müzakirələr İranın nüvə məsələsi ətrafında yaranmış problemin həlli istiqamətində mühüm addım oldu. “Altılıq” ölkələrinin nümayəndələri nüvə mövzusunda irəliləyişin əldə olunması üçün lazımi iradəyə sahibdirlər. Hər iki tərəfin də bu məsələdə irəliləyiş əldə edilməsi üçün İranın təqdim etdiyi təklif çərçivəsində razılığı varmaları və hədəflərinə çatmaları lazımdır”.

 

M.C.Zərif deyib ki, hər iki tərəfin ortaq nöqtələrə varması üçün müzakirələri daha da dərinləşdirməyə ehtiyac var: “Ona görə də danışıqlar mütəxəssislər səviyyəsində davam etdiriləcək”.

 

İran XİN rəhbəri vurğulayıb ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri noyabrın 7-8-də keçiriləcək: “Hər iki tərəfin ortaq hədəfinin İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğuna dair etimad yaratmaq və İran xalqının Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsi (NPT) çərçivəsində nüvə haqlarının  qorunmasıdır”.

 

M.C.Zərif Cenevrə müzakirələrinin detalları barədə açıqlama verməyəcəyini deyərək, tərəflərin qarşılıqlı etimad içərisində danışıqları davam etdirmək məsələsində razılaşdıqlarını söyləyib: “İranın Qərb ölkələrinin heç də hamısına etimadı yoxdur. İranın nüvə haqları mövzusunda zəmanət verilməsi lazımdır. Bu baxımdan Cenevrə müzakirələri daha sonrakı danışıqların davamı və etimad məsələsinə görə son dərəcə əhəmiyyətli oldu. Ona görə də bundan sonrakı müzakirələr daha rahat şəkildə keçəcək”.

 

İran XİN rəhbəri vurğulayıb ki, ölkəsinə qarşı sanksiya və təhdidlər heç kimin faydasına olmayacaq: “İran ciddi şəkildə müzakirə masası arxasına oturdu. Bundan sonra da eyni mövqeyi davam etdirəcək. İranın yaxşı niyyətə yaxşı niyyətlə cavab verəcəyinin bilinməsi lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR