Moskva. Fərid Əkbərov - APA. "Terrorçuların siyahısı ilə bağlı ölkələr arasında fikir ayrılıqları mövcuddur".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.
Onun sözlərinə görə, terrorçu təşkilatların siyahısının razılaşdırılması ilə bağlı bir çox problemlər mövcuddur: "Ölkələr arasında bu barədə heç bir razılıq yoxdur. Tehran əmindir ki, İŞİD, "Əl-Nüsrə", "Ceyş-əl İslam" və "Əxrar əş-Şam" terrorçu qruplaşmalardır. Lakin bir sıra ölkələr təkcə İŞİD və "Əl-Nusra"nı terrorçu təşkilat hesab edir".