Bakı. Şamil Əlibəyli – APA. “Avropa Birliyi tərəfindən Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşmasının terrorçu təşkilatların siyahıya salınması qərəzli və qeyri-professional addımdır”.
APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə İran XİN sözçüsü Səid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, İran bu qərarının Livan xalqına qarşı hörmətsizlik kimi dəyərləndirir: “Biz bunu Livan xalqına qarşı bir addım kimi dəyərləndiririk. Təşkilat ölkənin siyasi arenada çıxış edir və İsrail rejiminə qarşı qanuni mübarizə aparır. Buna görə də, “Hizbullah”ın adını bu siyahıya salınması düşünülməmiş və Yaxın Şərq kimi həssas regionda sülhün və stabilliyin bərqərar olmasına yardım etməyən bir addımdır. Ümid edirik ki, bu qərar qruplaşmanın mübarizədə dəyişikliklərə səbəb olmayacaq”.