Bakı. Real Cəfərli - APA. İran yeni hərbi məhsullarını nümayiş etdirib. APA-nın İRİB-ə istinadən məlumatına görə, tədbirdə İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi də iştirak edib.
Mərasimdə “Said” tapançası, “Əxgər” avtomatı, “Mersad” snayperi, “Nafez təchizat” adlı qurğu, “Neynəva” texniki avtomobili, “Eskorpin” modernləşdirilmiş tankı, “Lançer” adlı daha bir hərbi qurğu, “Fədək” radio sistemi və infraqırmızı şüalarla görünməyən paltar nümayiş etdirilib. Hərbi məhsulların İranın yerli mütəssisləri tərəfindən istehsal edildiyi bildirilir.
Bundan əlavə, bu gün İranın mərkəzində yerləşən İsfahan şəhərinin Nəsrabad bölgəsində “Beytül-Müqəddəs 25” adlı hərbi manevr başlayıb. Təlimdə İran Hərbi-Hava Qüvvələrinin briqadaları, eləcə də Quru Qoşunların zirehli, mexaniki, artilleriya, hava hücumundan müdafiə, mühəndis və rabitə bölmələri öz güclərini nümayiş etdirəcəklər.