Bank Of Baku

İrana məxsus pilotsuz təyyarə Bəhreynin hava məkanını pozub

İrana məxsus pilotsuz təyyarə Bəhreynin hava məkanını pozub
# 23 may 2013 09:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bəhreyn hökuməti İrana məxsus pilotsuz təyyarənin hava məkanını pozduğunu açıqlayıb. APA-nın məlumatına görə, bu barədə “əl-Ərəbiyə” telekanalı xəbər verib.

 

Bəhreyn Krallığının daxili işlər naziri, general-mayor Şeyx Rəşid bin Abdullah bin Əhməd əl-Xəlifə hadisəni casusluq aktı kimi qiymətləndirib: “İran region ölkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir. Bu cür tədbirlər Fars körfəzində sabitliyi pozan addımlardır və region ölkələrinin təhlükəsizliyini təhdid edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR