Bank Of Baku

İranda 11 terrorçu öldürülüb, SEPAH-ın üç əsgəri həlak olub

İranda 11 terrorçu öldürülüb, SEPAH-ın üç əsgəri həlak olub
# 28 iyun 2016 14:33 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri ölkənin Kürdüstan əyalətinin Sərvabad şəhərində əməliyyat keçirib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, əməliyyat zamanı 11 terrorçu məhv edilib. SEPAH-dan verilən açıqlamada bildirilir ki, terrorçu qruplaşmanın üzvləri ölkə ərazisində təxribat törətmək istəyirmiş. Onlar 10 gün ərzində izlənib və sonda Sərvabad bölgəsində sıxışdırılaraq məhv edilib.  


 
Əməliyyat zamanı 3 SEPAH əsgəri həlak olub.
  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR