Bakı. Real Cəfərli – APA. İranın Əlborz vilayətində 1 nəfər edam edilib. APA-nın məlumatına görə, qətldə günahlandırılan Seyid Məcid Əfzəli 2006-cı ildən bəri Kərəcin Rəcayişəhr həbsxanasında dara çəkiləcəyi günü gözləyib. Məhbus barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 17-də səhər saatlarında Rəcayişəhr həbsxanasında icra edilib. Məlumata görə, iyunun 16-da Seyid Məcid Əfzəli ilə birlikdə qətldə günahlandırılan daha üç məhbus ertəsi gün edam edilmələri üçün təkadamlıq kameraya köçürülsələr də, ancaq onların ölüm hökmünün icrası bəlli olmayan səbəblərdən dayandırılıb.
Qeyd edək ki, İran edamların sayına görə Çindən sonra ikinci yerdədir.