Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində 2 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qətldə təqsirləndirilərək dara çəkiliblər.
Onlardan hər ikisinin də adını dəqiqləşdirmək mümkün olub. Bunlar Mehrdad Bağıri və Bünyamindir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 25-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib. Ancaq bu edamla bağlı İran rəsmi mətbuatı və müvafiq orqanları heç bir məlumat dərc etməyib.