Bakı. Real Cəfərli - APA. İranda 3 azərbaycanlı fəal həbs edilib. APA-nın HRAZ-a istinadən məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları iyunun 12-də səhər saat 11:00-da Bəhram Axuninin qəzet köşkünə hücum edərək azərbaycanlı fəalı iş yerində tutublar.
ETTELAAT əməkdaşları Nasir Kazımpurun da ofisinə basqın edib. Ofisdə axtarış aparılıb, azərbaycanlı fəala məxsus kompüter və bir sıra şəxsi əşyalar müsadirə olunub, özü isə həbs edilib. Eyni zamanda ETTELAAT əməkdaşları Məcid Səfidaninin Təbriz şəhərindəki evinə hücum edərək ailə üzvlərini qorxudublar, evdə axtarış aparıblar, azərbaycanlı fəalı isə tutaraq özləri ilə aparıblar.
Hazırda fəalların harada saxlanıldığı və nədə ittiham olunduğu barədə heç bir məlumat yoxdur.