Bank Of Baku

İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib
# 16 may 2013 06:51 (UTC +04:00)

APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılırlar.

 

Məhbuslardan ikisinin ad və soyadları (Həmid Şəhrbari və Məcid Şirxanlu), digərinin isə yalnız soyadı (Nəsiri) açıqlanıb. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 15-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

 

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci olan İranda 2012-ci ildə 580 nəfər edam edilib. Ümumiyyətlə, İranda narkotik maddələrin qaçaqmalçılığı, təcavüz, qətl, silahlı soyğun kimi cinayətlərə görə ölüm cəzası verilir.

 

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Kirmanşah, 3 nəfər İsfahan, 3 nəfər Şahrud və 1 nəfər də Simnan şəhərində dara çəkilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR