Bank Of Baku

İranda 4 azərbaycanlı fəal azadlığa buraxılıb

İranda 4 azərbaycanlı fəal azadlığa buraxılıb
# 18 may 2013 12:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 4 azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, bunlar Cahanbəxş (Salur) Sultanzadə, Behnam Bağıri, Vahid Barış və Hüseyn Vəlizadədir. Azərbaycanlı fəallar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən mayın 9-da Makı şəhərində həbs ediliblər. Cahanbəxş (Salur) Sultanzadə, Behnam Bağıri və Vahid Barış 15 milyon tümən zəmanətlə sərbəst buraxılıblar.

 

Qeyd edək ki, ETTELAAT əməkdaşları Makı Pəyam-e Nur Universitetinin hüquq fakültəsinin tələbəsi, şair C.Sultanzadənin evində axtarış aparıb, azərbaycanlı fəala məxsus kompüteri, kitabları, əlyazmaları və digər şəxsi əşyaları müsadirə ediblər. B.Bağıri isə şəxsi oyuncaq mağazasında həbs edilib. Vahid Barış və Hüseyn Vəlizadə də digər iki azərbaycanlı fəalla bərabər həbs olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR