Bakı. Real Cəfərli - APA. İranda 6 milyondan çox şəkərli diabet xəstəsi var. APA-nın Almaniyanın “Deutche Welle” teleradiosunun fars redaksiyasına istinadən məlumatına görə, bunu İran Diabet Cəmiyyətinin rəhbəri, doktor Əsədullah Rəcəb bildirib.
Onun sözlərinə görə, nə həkimlər, nə xəstələr, nə də səhiyyə və dərman sahəsində həyata keçirilən siyasətdə bu xəstəliyi ciddiyə almırlar”. Ə.Rəcəb İran rəsmilərinin səhiyyə büdcəsi barədə verdikləri vədləri ciddi tənqid edərək şəkərli diabet xəstəliyinin müalicəsində əsas rolu təhsilin oynadığını söyləyib: “Bir çox xəstələr sadə təlim verməklə bu xəstəliyin nəzarət altına alınmasına xeyli yardım göstərilə bilər. Onda dava-dərman qəbul etməsinə ehtiyac yoxdur. Ona görə də həkimlər xəstələrə təlim vermək üçün çox vaxt sərf etsinlər və bununla bağlı onları məlumatlandırsınlar”.