Bank Of Baku

İranda “islahatçı” prezidentliyə namizədlər Haşimi Rəfsəncani ilə görüşüblər

İranda “islahatçı” prezidentliyə namizədlər Haşimi Rəfsəncani ilə görüşüblər
# 27 may 2013 11:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda “islahatçılar” qanadını təmsil edən prezidentliyə namizədlər Məhəmmdrza Arif və Həsən Ruhani ilə İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani arasında görüş keçirilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mayın 26-da axşam saatlarında M. Arif, ondan bir saat sonra isə H. Ruhani H. Rəfsəncanini ziyarət edib. Görüşlərin detalları barədə ictimaiyyətə məlumat verilməsə də, Rəfsəncaninin hər iki prezidentliyə namizədlə İranın gələcəyi və “islahatçı”ların seçkilərdə iştirak məsələsi ilə bağlı fikir mübadiləsi apardığı bildirilir.

 

Qeyd edək ki, M. Arif ABŞ-ın Stenford Universitetində magistratura və doktorantura təhsili alıb. O, 1997-2000-ci illərdə Məhəmməd Xatəminin hökumətində poçt, teleqraf və telefon naziri, 2001-2005-ci illərdə isə onun birinci müavini olub. Hazırda İran Məsləhət Şurası və Ali Mədəni İnqilab Şurasının üzvüdür.

 

Həsən Ruhani isə 1960-cı ildə Simnan Sadiqiyyə Elmlər Seminariyasında dini təhsil alıb. 1961-ci ildə Qum Dini Elmlər Seminariyasına daxil olan Həsən Ruhani 1989-2005-ci illərdə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və IV və V çağırış İran parlamentinin sədr əvəzi olub. O, həmçinin İran Üləmalar Məclisi (Xubreqan) və İran Məsləhət Şurasının üzvü olub. Hazırda İran Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR