APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, mərasimdə İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. İranın nüvə agentliyinin rəhbəri Firudin Abbasi bildirib ki, iranlı elm adamları artıq yüngül su nüvə tədqiqatı reaktorundan ağır su nüvə tədqiqatı reaktoru inşa etmək mərhələsinə keçib və bu da böyük uğurdur.
Qeyd edək ki, “İR-40” olaraq adlandırılan 40 MVt gücə malik bu obyekt İranın ilk ağır su nüvə tədqiqatı reaktoru sayılır. Yerli mütəxəssislər tərəfindən dizayn edilən reaktor 150 obyektin təbii uran oksidi yanacağını işə salmaq qabiliyyətinə malikdir.
Reaktordan tibb elmində ehtiyac duyulan radioaktiv dərman və radioizotopların istehsalında istifadə olunacaq. Reaktorun inşası 5 ildir davam edir və istehsal edəcəyi məhsulların İranın daxili tələbatını qarşılamaqla yanaşı, xaricə da ixrac olunacağı bildirilir.
Reaktorun tədricən Tehran yüngül su nüvə təhqiqatı reaktorunu əvəzləyəcəyi də qeyd olunur.