Bank Of Baku

İranda avtomobil istehsalı 46,3% azalıb

İranda avtomobil istehsalı 46,3% azalıb
# 15 avqust 2013 11:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda bu ilin ilk 4 ayı ərzində avtomobil istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 46,3% azalıb. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, son rəsmi statistika bu ilin ilk dörd ayı ərzində avtomobil istehsalının 339 min 835 ədəddən 182 min 353 ədədə düşdüyünü göstərir. Bundan əlavə, bu ilin iyul ayında avtomobil istehsalı ötən ilin iyul ayı ilə müqayisədə 30,6% azalıb. Belə ki, avtomobil istehsalı 88 min 638 ədəddən 61 min 534 ədədə düşüb.

 

Eyni zamanda İranın bu ilin ilk 4 ayı ərzində avtomobil ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 92%, yəni 10 milyon dollar azalıb.

 

İranın bu ilin ilk 4 ayı ərzində avtomobil idxalı 266 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə ölkəyə idxal edilmiş avtomobillərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə bərabərdir.

 

Qeyd edək ki, ötən ilin ortalarında Avropa Birliyi və ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi nəticəsində “Peugeot”, “Renault”, “Fiat”, “Hyundai” və digər böyük avtomobil zavodları bu ölkə ilə əməkdaşlığı dayandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR