Bank Of Baku

İranda baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb

İranda baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb
# 09 fevral 2017 19:12 (UTC +04:00)

İranın Bəndər Abbas şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən bildirilib ki, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib. 

 

Hadisə  Bəndər Abbas şəhərinin Kulğan bölgəsində baş verib.  KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb. 

 

İlkin məlumata görə, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Bildirilir ki, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR