Bank Of Baku

İranda binada partlayış nəticəsində 5 nəfər ölüb

İranda binada partlayış nəticəsində 5 nəfər ölüb
# 24 avqust 2016 11:17 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Əhvaz şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış olub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, qaz sızmasından baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
 

Partlayış o qədər güclü olub ki, ətraf binalarda mənzillərin şüşələri sınıb.

 

Hazırda xüsusi itlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR