Bank Of Baku

İranda bir nəfər edam edilib

İranda bir nəfər edam edilib
# 29 iyul 2013 08:04 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda bir nəfər edam edilib. APA-nın məlumatına görə, edama məhkum edilmiş şəxs narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Ad və soyadı açıqlanmayan məhbus 4 il əvvəl üzərində 1 kiloqram heroinlə həbs olunub və Miyandab (Qoşaçay) İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyulun 28-də səhər saatlarında Qoşaçay şəhərinin mərkəzi həbsxanasında icra edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR