Bank Of Baku

İranda gecələr görüntü ala bilən pilotsuz təyyarə istehsal edilib

İranda gecələr görüntü ala bilən pilotsuz təyyarə istehsal edilib
# 29 iyun 2013 10:49 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda gecələr infraqırmızı şüalarla görüntü almaq qabiliyyətinə malik pilotsuz təyyarə istehsal edilib.

 

APA-nın məlumatına görə, İran İslami Azad Universitetində yerli mütəxəssislər tərəfindən dizayn edilən təyyarənin çəkisi 4 kiloqramdır. Təyyarə çox qısa müddətdə şaquli vəziyyətdə havaya yüksəlmək qabiliyyətinə malikdir.

 

İnfraqırmızı kameralarla təchiz edilən təyyarə gecə dəqiq şəkildə obyektlərdən görüntü ala bilməklə yanaşı, 2000 metr yüksəklikdə də uça bilir. Bundan əlavə, təyyarə iki cür yanacaqla işləyir və bu da onun uzun müddət havada qalmasına imkan verir. Təyyarəni izləmək və ona nəzarət etmək üçünsə infraqırmızı eynəkdən istifadə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR