Bank Of Baku

İranda güclü zəlzələ baş verib - FOTO

İranda güclü zəlzələ baş verib - <span style="color: red;">FOTO
# 18 may 2013 16:21 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün günorta saatlarında İranda güclü zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakətin episentri Hörmüzqan vilayətinin Gövhəran şəhəri olub. 5,7 bal gücündə olan zəlzələ yerli vaxtla saat 15:27-də (Bakı vaxtı ilə 15:57-də) yerin 8 kilometr dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan 16 km, Manucandan 82 km, Qalə gəncdən 87 km və Tehrandan 1168 km uzaqlıqda baş verib.

 

Bundan əlavə, yerli vaxtla saat 15:27-də (Bakı vaxtı ilə 15:03-də) Hörmüzqan vilayətinin Gövhəran şəhərində daha bir güclü zəlzələ baş verib. Yerin 8 km dərinliyində meydana gələn və 5.5 bal gücündə olub. Eyni zamanda  yerli vaxtla saat 16:39-da (Bakı vaxtı ilə 17:09-də) Hörmüzqan vilayətinin Gövhəran şəhərində daha bir güclü zəlzələ qeydə alınıb. Təkanlar yerin 15 km dərinliyində meydana gələn və 4,5 bal gücündə olub. Dağıntı və tələfat yoxdur, sadəcə, əksər evlərin divarlarında dərin çatlar yaranıb. 

Qeyd edək ki, son bir həftə ərzində İranın Hörmüzqan vilayətinin Gövhəran şəhərində irili-xırdalı yüzlərlə yeraltı təkan qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR