Bank Of Baku

İranda həbs edilmiş 36 azərbaycanlı fəaldan 30-u sərbəst buraxılıb

İranda həbs edilmiş 36 azərbaycanlı fəaldan 30-u sərbəst buraxılıb
# 28 iyun 2013 07:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İyunun 27-də səhər saatlarında İranda həbs edilmiş azərbaycanlı fəalların 6-sı saxlanılmaqla qalanları azadlığa buraxılıb.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, hazırda onlar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiyadakı təcridxanasında saxlanılırlar. Bunlar universitet müəllimi, xanım Suməyya Əli Dusti, bloqqer Vəhid Faizpur (Kiyaksər), Meysəm Azadi, Qulam Qulizadə, Vəhid Nəsibi və Mürtəza Zərrindir.

 

Qeyd edək ki, iyunun 27-də İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə 36 nəfər azərbaycanlı fəal həbs edilib. Onlardan 8 nəfəri qadındır. Onların arasında İranın qadın futbolçulardan ibarət yığma komandasının oyunçusu Pəriya Xəlilzadə, anası Məsumə Pərivəj və bacısı Sevda Xəlilzadə də var. Bundan əlavə, tutulanlar arasında Hüseyn və Zəhra Zadqasımlar, Nima və Sina Həsənilər, Sima Sakini və Milad (Sabutay) Kolani, Tohid Həsəni, Səid Lütfi, Səid Əbdi və İrfan adlı azərbaycanlı fəal da olub. Ancaq həbs zamanı İran nizam-intizam qüvvələri (polis) ilə azərbaycanlı fəallar arasında qarşıdurma baş verib. Buna səbəb polisin Səhənd dağının yamaclarına getmək istəyən qrupdakı azərbaycanlılardan bir xanımı təhqir etməsi və ona qarşı sayğısızlıq göstərməsi olub. İran polisləri toqquşmanı yatırmaq üçün rezin dəyənəklərdən istifadə ediblər. Nəticədə bir neçə azərbaycanlı fəal yaralanıb, iki nəfər huşunu itirib. Hətta azərbaycanlı xanımlardan birinin (onun universitet müəllimi Suməyya Əli Dusti olduğu deyilir) ağır yaralandığı bildirilir.

 

Bu il Güney Azərbaycanda Məhəmmədtağı Zehtabi ili olduğundan azərbaycanlı fəallar Səhənd dağının yamaclarına toplaşmaqla 26 iyun Ümumdünya İşgəncələr Günü münasibətilə ən çox işgəncələrə məruz qalmış mərhum professorun əziz xatirəsini yad etmək istəyiblər. Ancaq İran polisinin Səhənd dağına gedən bütün yolları bağlaması azərbaycanlı fəalların yalnız bir hissəsinin həmin əraziyə gedib çata bilməsinə gətirib çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR