Bakı. Real Cəfərli – APA. Mayın 22-də İranın mərkəzində yerləşən İsfahan şəhərinin Nəsrabad bölgəsində başlayan “Beytül-Müqəddəs 25” adlı hərbi manevri müvəffəqiyyətlə sona çatıb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına götə, təlimdə İran Hərbi-Hava Qüvvələrinin briqadaları, eləcə də Quru Qoşunların zirehli, mexaniki, artilleriya, hava hücumundan müdafiə, mühəndis və rabitə bölmələri öz güclərini nümayiş etdiriblər. Eyni zamanda bir sıra yeni hərbi məhsullar sınaqdan keçirilib.