Tehran. Süleyman Fərzəliyev - APA. Qəzvin-Tehran maqistral yolunda iki sərnişin avtobusu toqquşub.
APA-nın Tehran bürosunun məlumatına görə, nəticədə 3 nəfər ölüb, 45 nəfər xəsarət alıb.
Hadisə bu gün səhər Kərəc şəhəri yaxınlığında baş verib.
Ölənlər arasında uşaq da var.
Xəsarət alanların bəzilərinin vəziyyəti ağır olduğu üçün vertolyotla xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisəyə səbəb avtobus sürücülərindən birinin yuxulu olmasıdır.