Bank Of Baku

İranda İsrailə casusluqda şübhəli bilinən şəxs həbs edilib

İranda İsrailə casusluqda şübhəli bilinən şəxs həbs edilib
# 05 avqust 2013 19:52 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın cənub-şərqindəki Kirman vilayətində İsrailə casusluq etməkdə şübhəli sayılan ölkə vətəndaşı həbs olunub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Kirman İnqilab Məhkəməsinin sədri Dadxoda Salari bildirib ki, bu şəxs əvvəllər Asiyanın cənub-şərqində ticarətlə məşğul olub: “Bu şəxs son səfəri zamanı əylənmək adı ilə Tailanda gedib və İranla bağlı bəzi informasiyaları İsrail səfirliyində olan bir kəşfiyyat zabitinə verib. Ancaq həmin şəxs növbəti mərhələdə Kirmanda bəzi iqtisadi, coğrafi, hətta mədəni sahələrlə bağlı məlumatları öz vasitəçisinə göndərmək istəyərkən müvəffəqiyyətsizliyə uğrayıb və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR