Bank Of Baku

İranda işsizlik səviyyəsi böhran vəziyyətindədir

İranda işsizlik səviyyəsi böhran vəziyyətindədir
# 25 oktyabr 2013 13:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda işsizlik səviyyəsi böhran vəziyyətindədir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Statistika Mərkəzinin sədri Adil Azər bildirib.

 

Onun sözlərinə görə, İranda gənclərin 26%-i işsizdir: “Ölkədə ümumi işsizlik səviyyəsi isə 12,2%-dir. Bu da işsizlik səviyyəsinin tənəzzül həddində olduğu deməkdir. Ölkədəki işsizlik və məşğulluğun vəziyyəti İranın birinci vitse-prezidenti İshaq Cahangirinin rəhbəri olduğu Ali Məşğulluq Şurasın ötən həftə keçirilmiş iclasında da diqqətə çatdırılıb”.

 

A.Azər deyib ki, hazırkı göstərici 2012-ci ilin hesablanmasına əsaslanır: “Bu isə son on il ərzində ən yüksək göstəricidir. Yəni 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi 26%-ə çatıb. Bu da xeyli yüksək rəqəmdir”.

 

Qeyd edək ki, İranın 392 şəhərində qadınlar arasında işsizlik səviyyəsi də araşdırılıb. Nəticədə 103 şəhərdə 15%, 77 şəhərdə isə 30% həddində qadınlar arasında işsizlik səviyyəsinin yüksək olduğu məlum olub. Qadınlar arasında məşğulluq səviyyəsinin ən yaxşı səviyyədə olduğu şəhər Güney Azərbaycanın Mahneşan şəhəridir (Zəncan vilayətinə daxildir). Ancaq İlam, Əndimeşk, Hirmənd, Cavanrud, Gəcsəran, Bəndər Ənzəli və Xürrəmabad bu sahədə ən pis göstəriciyə malik şəhərlərdir. Belə ki, bu şəhərlərdə qadınlar arasında işsizlik səviyyəsi 40-54,2% arasındadır. Hətta Tehran vilayəti İranın əsas sənaye mərkəzlərindən biri olmasına, inzibati orqanların burada yerləşməsinə baxmayaraq, qadınların əmək bazarına daxil olması üçün yetərli imkanlar tanınması baxımından geridə qalır. Belə ki, Tehran vilayətinə daxil olan 14 şəhərin 12-də vəziyyət ürəkaçan deyil, yalnız iki şəhərdə - Daməvənd (14.6%) və Şəmiranatda (13,3%) durum yaxşıdır. Ümumilikdə Tehran vilayətində qadınlar arasında orta işsizlik səviyyəsi 21,6%-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR