Bank Of Baku

İranda keçmiş prezidentin oğlu bələdiyyə seçkilərinə buraxılmayıb

İranda keçmiş prezidentin oğlu bələdiyyə seçkilərinə buraxılmayıb
# 13 may 2013 21:46 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin oğlu, Tehran Metropoliteninin sabiq rəisi Möhsün Haşiminin Tehran Şəhər Bələdiyyəsinə namizədliyi qeydə alınmayıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İranda bu il iyunun 14-də prezident seçkilərilə eyni vaxtda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün onun hələ on gün müddətində bu qərardan şikayət etmək hüququ var.

 

Qeyd ədək H. Rəfsəncani bu il iyunun 14-də keçiriləcək seçkilərdə iştirak etmək üçün İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.

 

Xatırladaq ki, Tehran Şəhər Bələdiyyəsinin hazırkı üzvləri Əlirza Dəbir və Məsumə Ebtekar, keçmiş deputat Fatimə Rakəyi və İran Ali Milli Təhlükəsizlik Şurasının əməkdaşı Əli Rəbiyi də daxil olmaqla 203 nəfərin səlahiyyətinə xitam verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR