Bank Of Baku

İranda növbəti güclü zəlzələ baş verib

İranda növbəti güclü zəlzələ baş verib
# 12 may 2013 22:36 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Mayın 12-də günorta saatlarında İranın Hörmüzqan vilayətində  zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakətin episentri yenə də Gövhəran şəhəri olub.

 

Məlumata görə, 5.5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 15:24-də (Bakı vaxtı ilə 15:54-də) yerin 20 km dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan 21 km, Minabdan 81 km, Manucandan 85 km və Tehrandan 1168 km uzaqlıqda baş verib.

 

 Dağıntı və tələfat barədə məlumat verilməyib. Bundan əlavə, Gövhəranda 4.2, 4.3, 4.5 və 4.6 bal gücündə və dərinlikləri 10-28 km arasında olmaqla daha 4 yeraltı təkan qeydə alınıb.

 

Qeyd edək ki, mayın 11-12-də gündə İranın Hörmüzqan vilayətində  30 yeraltı təkan qeydə alınıb. Yeraltı təkanların ən kiçiyi 4.1, ən böyüyü isə 6.2 bal gücündə, dərinlikləri isə 5-29 km arasında olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR