Bank Of Baku

İranda PEJAK-la baş verən toqquşmada təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub

İranda PEJAK-la baş verən toqquşmada təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub
# 12 avqust 2013 06:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Kirmanşah vilayətində təhlükəsizlik qüvvələri ilə PKK-nın İrandakı qolu olan PEJAK arasında toqquşma baş verib.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kirmanşah vilayətinin təhlükəsizlik və nizam-intizam idarəsinin rəhbəri Şəhriyar Heydəri bildirib ki, hadisə Pavə sərhəd-keçid məntəqəsində baş verib: “Quldurlar patrul keşiyi çəkən təhlükəsizlik qüvvələrinə hücum edib. Nəticədə iki əməkdaşımız həlak olub”.

 

Ş. Heydəri hücumun PEJAK tərəfindən həyata keçirildiyini bildirsə də, ancaq bu məlumatın hələlik dəqiq olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR