Bank Of Baku

İranda peyk avadanlıqlarının qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa edilib, yüzlərlə adam həbs olunub

İranda peyk avadanlıqlarının qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa edilib, yüzlərlə adam həbs olunub
# 14 avqust 2013 12:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda peyk avadanlıqlarının qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa edilib.

 

APA-nın “Təsnim” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Nizam-İntizam Qüvvələrinin əxlaq təhlükəsizliyi polisinin rəisi Məhəmməd Məsud Zahidiyan bildirib.

 

Onun sözlərinə görə, axtarış-əməliyyat tədbirləri nəticəsində həmin dəstənin yüz üzvü həbs edilib: “Dəstənin Tehran vilayətində 4300, digər vilayətlərdə isə 11 min alıcıya peyk avadanlığı satdığı məlum olub. Eyni zamanda əməliyyat zamanı 1000 hazır peyk avadanlığının olduğu anbar ələ keçirilib. Bu avadanlıqların dəyəri 20 milyard riyaldır”.

 

M.Zahidiyan deyib ki, dəsət üzvləri daha çox ölkənin 18 vilayətində fəaliyyət göstəriblər və peyk avadanlıqları daha çox İranın qərb vilayətlərində alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR