Bakı. Real Cəfərli-APA. İranda prezident seçkiləri yaxınlaşdıqca internetin sürəti zəifləməyə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İran rəhbərliyi bu addımı 2009-cu il prezident seçkilərindən sonra ölkədə baş verən qarşıdurmalardan “dərs aldığı” üçün bu addımı atıb.
AFP agentliyinin yaydığı məlumatda banklar, hətta dövlət təşkilatlarında sürətin az olması səbəbindən internet üzərindən əməliyyatlar aparılmasının mümkün olmadığını bildirilir.
İran rəsmi dairələri iddiaları rədd etsələr də, serverlərin sürətinin azalmasına məntiqli bir cavab verə bilmirlər.
Qeyd edək ki, İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.