Bakı. Real Cəfərli - APA. Bu il iyunun 14-də İranda keçiriləcək XI dövr prezident seçkilərində iştirak etmək hüququ qazanacaq namizədlər arasında debatlar canlı yayımlanacaq.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Radio və Televiziya Yayımları Birliyinin (İRİB) direktoru İzətullah Zərqami açıqlama verib.
Onun sözlərinə görə, hazırda İran Konstitusiyasına Nəzarət Şurasının (Şura-ye Negahban) yekun qərarını gözləyirlər: “Hər prezidentliyə namizədin seçki proqramının siyahısı hazırlanır. Daha sonra dəqiq vaxtın müəyyənləşdirilməsi üçün prezidentliyə namizədlərin nümayəndələri və mətbuat mənsublarının iştirakı ilə püşkatma keçiriləcək”.