Bank Of Baku

İranda SEPAH-la PEJAK üzvləri arasında toqquşma baş verib

İranda SEPAH-la PEJAK üzvləri arasında toqquşma baş verib
# 24 iyun 2013 10:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” (yarımhərbi könüllülər dəstəsi) qolu ilə PKK terror təşkilatının İran qolu olan PEJAK üzvləri arasında toqquşma baş verib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, hadisə iyunun 19-da baş versə də, xəbər yenicə yayılıb.

 

Hadisə İranın Qərbi Azərbaycan vilayətinin Maku şəhərində, Buralan bölgəsində, Əli Hacilu kəndinin yaxınlığında olub. Nəticədə Nəticədə Xoy şəhərindən olan azərbaycanlı “bəsici” Məhəmməd İbrahimi həlak olub, 6 “bəsici” isə yaralanıb. Eyni zamanda toqquşma zamanı PEJAK-ın 4 üzvü ölüb, 4-ü yaralanıb. Azərbaycanlı “bəsici” iyunun 20-də Xoy şəhərində dəfn edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR