Bank Of Baku

İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb- YENİLƏNİB-2

İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb- <span style="color: red;">YENİLƏNİB-2
# 25 noyabr 2016 18:15 (UTC +04:00)

İranda iki qatarın toqquşması nəticsəində həlak olanların yeni sayı açıqlanıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Səhiyyə Nazirliyinin rəsmiləri ölənlərin sayının 44 nəfərə çatdığını və yaralananların isə 100 nəfərdən çox olduğunu açıqlayıblar.

 

“Məşhəd-Təbriz qatarının əyləc sistemində problem yaranıb, havanın şaxtalı olması nəticəsində isə qatar dayanıb.  Problem mərkəzi sistemə nəzarət edən şəxsə bildirilsə də, növbə dəyişdiyi üçün məsul şəxs qatarın dayanmasından xəbərsiz olub və həmin istiqamətdə hərəkətdə olan Məşhəd-Səmnan qatarına yolun açıq olduğunu və problemsiz hərəkət edə biləcəyini deyib”, deyə İranın Dəmir Yolları İdarəsinin baş direktoru  Möhsin Purseyidağayi bildirib .

 

İran prezidenti Həsən Ruhani hadisə qurbanlarının ailələrinə baş sağlığı verib.

 

***

 

20:22

 

İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 100 nəfər xəsarət alıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.

 

Hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib. İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.

 

***

 

15:38

 

İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

 

APA-nın Terhan bürosunun məlumatına görə , bu barədə İranın Semnan əyalətinin rəhbəri bildirib.

 

Toqquşma nəticəsində 7 vaqon yanıb, meyitlər də yandığından ölənlərin kimliyini müəyyənləşdirmək çətinləşib.

 

Bəzi xəbər qaynaqları isə ölənlərin sayının artıq 40 nəfərə çatdığını yazıb.

 

Qəzada xəsarət alanların sayının isə 98 nəfər olduğu bildirilir.

 

İranın yol və şəhərsalma naziri Abbas Axundi Türkmənistana bu gün nəzərdə tutulan səfərini hadisə səbəbindən təxirə salıb və qəza yerinə yollanıb.

 

 

***

 

saat 14.07

 

İranın Semnan əyalətinin Şahrud şəhərində Həftxan stansiyasının yaxınlığında iki sərnişin qatarı toqquşub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün yerli vaxtla 7:40 radələrində baş verib.

 

Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib. 
 

Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıb.

 

İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsgər Əhmədi deyib ki, hadisə zamanı 15 nəfər həlak olub, 62 nəfər yaralanıb. O bildirib ki, toqquşma baş verdikdən sonra vaqonlarda yanğın başlayıb: “Yanğın tam söndürülməyənədək ölən və xəsarət alanlarla bağlı dəqiq rəqəm söyləmək çətindir”. 

 

İranın Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Pirhüseyn Kulivənd isə qatarların toqquşması nəticəsində 8 nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını deyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR