APA-nın məlumatına görə, Tehran vilayətində səsvermə yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə 23:30-da) bitib. Digər vilayətlərdə isə səsvermə yerli vaxtla saat 22:00-da (22:30) başa çatıb. Artıq kiçik şəhərlərdə səslərin sayılmasına başlanılıb.
Qeyd edək ki, İranda XI dövr prezident seçkilərində səsvermə prosesi yerli vaxtla səhər saat 08:00-da başlayıb. Səsvermə axşam saat 18:00-da bitməli olsa da, ancaq əvvəlcə iki, sonra bir, daha sonra bir saat artırılıb. Bundan əlavə, Tehran və Yəzd vilayətlərində səsvermə əlavə olaraq daha bir saat artırılıb. Belə ki, Tehran və Yəzd vilayətlərində səsvermə yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə 23:30-da) bitib. Digər vilayətlərdə isə səsvermə yerli vaxtla saat 22:00-da (22:30) başa çatıb. Artıq Təbriz, Simnan, Mazandaran, həmçinin kiçik şəhərlərdə səslərin sayılmasına başlanılıb.