Bank Of Baku

İranda son iki gündə 30 zəlzələ baş verib

İranda son iki gündə 30 zəlzələ baş verib
# 12 may 2013 13:58 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Hörmüzqan şəhərində son iki gündə 30 yeraltı təkan qeydə alınıb.

 

APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, zəlzələlərin episentri Gövhəran şəhəri olub. Yeraltı təkanların ən kiçiyi 4.1, ən böyüyü isə 6.2 bal gücündə, dərinlikləri isə 5-29 km arasında olub.

 

Qeyd edək ki, mayın 11-də səhər saatlarında İranın Hörmüzqan vilayətində yerin 15 km dərinliyində baş vermiş 6.2 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Hörmüzqan vilayətinin Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn Rəncbər bildirib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində Bəndər Abbas şəhərinin Başaqərd rayonunda kommunikasiya xətləri sıradan çıxıb, bəzi kənd yolları dağılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR