Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 10 may 2013 00:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Məhəmməd Delnəvəz 2012-ci il dekabrın 27-də Marağa şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən tutulub. Azərbaycanlı fəalın həbs edilməsinə İranın Şərqi Azərbaycan vilayəti ilə Ermənistan arasındakı əlaqələrin genişləndirilməsinə etiraz olaraq keçirilmiş aksiyada iştirak etməsi olub. Binab şəhərinin Zavəşt kəndinin sakini olan M. Delnəvəz 4 aydan çox həbsxanada saxlanıldıqdan sonra mayın 9-da sərbəst buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR